Miokard infarktı nədir? - CAVAB
23 oktyabr 2023 15:36 (UTC +04:00)

Miokard infarktı nədir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu miokard infarktı ilə bağlıdır. 

Maraqlıdır, görəsən, miokard infarktı nədir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Mədinə Əzimova Lent.az-a bildirib ki, miokard infarktı ürək əzələsinin işemik nekrozudur və qan dövranının kəskin pozulması nəticəsində əmələ gəlir. 

Onun sözlərinə görə, bu zaman ürək əzələsinin müəyyən bir nahiyəsinə gələn qan axınının kəsilməsi nəticəsində həmin nahiyədə hüceyrələrin məhvi baş verir:

"Bir çox hallarda miokard infarktının baş verməsinin səbəbi koronar arteriyaların aterosklerozudur. Lakin 5-25 % hallarda koronar arteriyaların emboliyası (infeksion endokardit, mədəcikdaxili tromb), digər xəstəliklər zamanı damarların zədələnməsi (qırmızı qurdeşənəyi, revmatizm, revmatoid artrit nəticəsində əmələ gələn koronaritlər), tac damarların anadangəlmə defektləri və s. səbəbdən də miokardın infarktı baş verə bilər. Burada ən çox rast gəlinən qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4185
avatar

Arzu Qurbanlı

Oxşar yazılar