Ət bişirərkən məsuliyyətlə yanaşmaq çox vacibdir. Xüsusilə kabab bişirərkən çox diqqət etmək lazımdır. Çünki onu yanlış duzlamaq və ya bişirmək ətin sərt olmasına səbəb olacaq.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli aşpazların fikrincə, kabab bişirərkən şişə hər hansı bir tərəvəz əlavə etrmək yanlışdır. Həmçinin kababı bişirməmişdən yarım dəqiqə əvvəl duzlamaq daha məsləhətlidir. Beləliklə bişirdiyiniz ət daha yumşaq və dadlı alınacaq.