İş adamı COVID-19-a qarşı  gizli peyvənd   hazırladı
28 noyabr 2021 15:35 (UTC +04:00)

İş adamı COVID-19-a qarşı gizli peyvənd hazırladı

Almaniya polisi kütləvi peyvənd prosesinə müdaxilə etmək və naməlum şəraitdə hazırlanan preparatla immunizasiyanın qarşısını almaq məcburiyyətində qalıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, həkim və sahibkar istifadəsinə icazə verilməyən evdə hazırlanmış peyvəndlə 50-yə yaxın insanı peyvəndləyib. 

Peyvəndləmə məntəqəsini həkim Vinfrid Şteker Şlezviq-Qolşteyn torpağındakə Lyubeka hava limanı yaxınlığında açıb. 

Məlumdur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları işə qarışana kimi həkim-sahibkar 50-yə yaxın insanı “immunlaşdırmağa” nail olub.

Ehtimal ki, o, bunun üçün istifadəsinə icazə verilməyən bir dərman istifadə edib. Peyvəndlər ofis otağında edilib.

Ümumilikdə peyvənd məntəqəsinin yerləşdiyi binanın qarşısına 80-ə yaxın insan toplaşsa da, peyvənd prosedurundan keçmək istəyənlərin sayı getdikcə artıb.

Ştekerin öz peyvəndini hazırladığı, lakin dərmanın "istifadə üçün təsdiqləndiyinə" dair hələ heç bir sübut olmadığı bildirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2646
avatar

Oxşar yazılar