İnsultun qarşısını alan sadə üsul
12 iyun 2023 11:49 (UTC +04:00)

İnsultun qarşısını alan sadə üsul

Alimlər insultun ən təhlükəli növlərindən birinin qarşısını almaq üçün sadə üsul tapıblar.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər sübut ediblər ki, sadə məşqlər insultun ən təhlükəli növü olan intraserebral qanaxmadan qoruya bilir.
 
Mütəxəssislərin izah etdiyi kimi, insult müxtəlif yollarla irəliləyir və qanaxma dərəcəsinin artması ilə ciddi nəticələr riski artır.

Alimlər insultdan sonra müalicə alan 686 nəfərin məlumatlarını təhlil ediblər. Məlum olub ki, həftədə ən az 3-4 gün fiziki fəaliyyətə yarım saat vaxt tapanlarda qanaxma oturaq həyat tərzi keçirənlərə nisbətən 50% zəifləyib. Tədqiqatçılar müəyyən ediblər ki, orta fiziki fəaliyyətə səhər məşqləri, təmiz havada gəzintilər, üzgüçülük, velosiped sürmək və s. daxildir. Bu cür fəaliyyətlərə həftədə ən azı dörd saat və ya hər gün ən azı yarım saat ayırmaq vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2015

Oxşar yazılar