Həzmi yaxşılaşdıran 3 meyvə
23 sentyabr 2023 11:32 (UTC +04:00)

Həzmi yaxşılaşdıran 3 meyvə

Həkim Roman Geron həzmi yaxşılaşdıran meyvələri açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, bağırsaqların sağlamlığı və həzm sistemini qorumaq çox vacibdir.

Onun sözlərinə görə, bunun vacib tərəfi balanslaşdırılmış pəhrizdir:

“Bağırsaqlarınıza zərər verən və həzm problemlərinə səbəb olacaq işlənmiş qidalardan qaçmaqla yanaşı, pəhrizinizdə düzgün qidalar da kömək ola bilər. Xüsusilə, banan, alma və çiyələk bağırsaq sağlamlığı üçün çox faydalıdır. Banan həzmi dəstəkləyən probiyotiklərlə zəngindir. Alma bağırsaqdakı faydalı bakteriyaları qidalandıran lif və təbii şəkərlərlə zəngindir. Bu, təkcə həzmi yaxşılaşdırmır, həm də iştahı idarə etməyə kömək edir. Çiyələyin tərkibindəki antioksidanlar iltihabı azaltmağa kömək edir.

Bu 3 meyvə həzm problemlərinin aradan qaldırılmasında böyük rol oynayır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11206

Oxşar yazılar