Həkim tərkibində gizli şəkər olan qidaları  açıqladı
12 fevral 2024 14:56 (UTC +04:00)

Həkim tərkibində gizli şəkər olan qidaları açıqladı

Şəkər təkcə tortlarda, şokoladda və konfetlərdə olmur.

Lent.az "Komsomolskaya Pravda"ya istinadən məlumatına görə, şəkər bir çox məhsula əlavə olunur və insanların bu barədə təəssüf ki, xəbəri yoxdur.  

Məsələ ilə bağlı endokrinoloq-dietoloq Yurqita Varaeva danışıb.

O qeyd edib ki, kolbasa, kolbasa, “fast food”, duzlu çips, kartof qızartması, eləcə də popkorn və krakerlərdə şəkər var. Həmçinin, onların tərkibində başqa zərərli maddələr də var.

Həkimin sözlərinə görə, süni şəkəri 70 kiloqram çəkisi olan adam gündə 50 qramdan çox istifadə edə bilməz. Halbuki müasir insan hər gün bədəninin emal edə bilmədiyi qədər şəkər istehlak edir.

Varaeva sağlam məhsullara - qurudulmuş alma və ya noxud çiplərinə diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, meyvə və tərəvəzlərdə olan təbii şəkər də zərərsizdir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3567
avatar

Sevinc Fərid

Oxşar yazılar