Hansı yaxşıdır: İsti çay, yoxsa soyuq su? - ELMİ İZAH
18 avqust 2023 01:47 (UTC +04:00)

Hansı yaxşıdır: İsti çay, yoxsa soyuq su? - ELMİ İZAH

İsti çay susuzluğu yatırmaq üçün ən yaxşı içkidir. Havanın temperaturu yüksək olan isti ölkələrin sakinləri çayı tərcih edir. İlk baxışdan belə görünəcək ki, bu, absurddur - hava da istidir, çay da. Amma istidə nə üçün isti çay içmək lazım olduğunun tamamilə məntiqi və tibbi izahı var.

Lent.az-ın xəbərinə görə, tədqiqatlar göstərir ki, isti çay hətta ən yorucu istidə də əhvalı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. O, nəinki susuzluğu yatırır və bədəndəki su ehtiyatını bərpa edir, həm də qan damarlarını genişləndirir və tərləməni artırır. Bir fincan isti çay insanı isidir - bədən təri aktiv şəkildə buraxmağa başlayır, dərinin səthindən buxarlanma baş verir və bədəni sərinləşdirir.

Bundan əlavə, çayın tərkibindəki polifenollar isti havalarda tez-tez qeyri-sabit olan təzyiqin normallaşmasına kömək edir.

Eyni zamanda isti havalarda soyuq su içmək lazım deyil. Soyuq maye orqanizmə daxil olduqda orqanizm onu isitməyə çalışır, yəni soyumaq əvəzinə isinməyə başlayır. Ürək problemi olan insanlar üçün istidə çox soyuq su içmək xüsusilə təhlükəlidir - bu, ürək aritmiyasına və ürəktutmaya səbəb ola bilər. Bundan əlavə, soyuq içkilər boğaz ağrısı və bronxitə tutulmaq riskini artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135912
avatar

Oxşar yazılar