Hansı qidalar saçların tökülməsinə  səbəb olur?
06 sentyabr 2023 16:43 (UTC +04:00)

Hansı qidalar saçların tökülməsinə səbəb olur?

0

Həkimlər hansı içkilərin saç tökülməsinə səbəb ola biləcəyini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, saçınızın sağlamlığı nə yediyiniz və nə içdiyinizlə sıx bağlıdır.

Saç tökülməsindən və incəlməsindən əziyyət çəkənlər gündəlik qida rasionuna çox diqqət yetirməlidir.

Şəkərli və qazlı içkilər kövrək saçlara mənfi təsir edir. Bu içkilər iltihaba, hormonal balanssızlığa, susuzluğa və qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Bu da saçların seyrəldir. Qazlı içkilərin həddindən artıq kofein tərkibi saçların sağlam böyüməsi üçün lazım olan əsas vitamin və mineralların udulmasına mane olur. Bu da qida çatışmazlığına və saç follikullarının zəifləməsinə gətirib çıxarır.

Mütəxəssislər daha sağlam saçlar üçün adi su və antioksidantla zəngin bitki çayları içməyi tövsiyə edir. Bundan əlavə, toyuq, hinduşka, balıq, süd məhsulları, yumurta, paxlalılar və qoz-fındıq kimi qidaların istehlakı da vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2311

Oxşar yazılar