Hansı "gecə" əlaməti  şəkər xəstəliyinin   göstəricisi ola bilər?
31 yanvar 2023 19:33 (UTC +04:00)

Hansı "gecə" əlaməti şəkər xəstəliyinin göstəricisi ola bilər?

Şəkərli diabet bir çox əlamətlərlə özünü göstərə bilər və onlardan biri, adətən gecələr özünü göstərir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı əczaçı Sumayi Patel danışıb.

Mütəxəssisin sözlərinə görə, şəkərli diabet sindromlarından biri də xüsusilə gecələr tez-tez sidiyə getmədir.

Xəstəliyin digər əlamətlərinə aşağıdakılar daxildir:

• həddindən artıq susuzluq,

• şiddətli yorğunluq,

• vaginal kandidoz (kişilərdə sidik-cinsiyyət sisteminin kandidozu cinsi üzvün iltihabı (qızartı, şişkinlik, bozumtul ərp və eroziyalarla örtülmüş, qaşınma, yanma hissi və s.) kimi infeksiyaların baş verməsi,

• yaraların gec sağalması,

• gözlənilməz çəki itirmək.
 
Mütəxəssislərin hesablamalarına görə, dünyada təqribən 537 milyon yaşlı insan şəkərli diabetlə yaşayır və bu rəqəm artmaqda davam edir. Nəzarətsiz diabet qanqrendən korluğa qədər bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

Oxşar yazılar