Gün ərzində neçə saat  qidalanmaq olar? - Alimlərin cavabı
16 noyabr 2023 10:07 (UTC +04:00)

Gün ərzində neçə saat qidalanmaq olar? - Alimlərin cavabı

Mütəxəssislər qidanın orqanizmə ən çox nə vaxt fayda gətirdiyini açıqlayıblar. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aparılan son araşdırmalar sağlam qidalanma sahəsində yeni perspektiv açıb. 

Məlumata görə, gündə 10 saat yemək enerji səviyyəsini artıra, əhval-ruhiyyəni yaxşılaşdıra və aclıq səviyyəsini azalda bilər.

Fasiləli oruc kimi tanınan bu üsul müəyyən vaxtlarda yemək yeyib, digər vaxtlarda isə ondan çəkinməyi nəzərdə tutur.

Nəticələr göstərir ki, on saatlıq rejimə ardıcıl riayət etmək orqanizm üçün maksimum fayda əldə etməkdə əsas rol oynayır.

Təcrübədə yüksək dərəcədə iştirak edən, əsasən orta yaşlı qadınlar (orta hesabla 60 yaş) iştirakçılar arasında sağlamlıqda nəzərəçarpacaq irəliləyişlər qeyd edilib. 

Tədqiqatda təkcə nə yediyimizə deyil, həm də yeməklərimizin vaxtına da baxaraq, idarə olunan yemək pəncərəsinin sağlamlığın qorunmasında əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3960
avatar

Sevinc Fərid

Oxşar yazılar