Yaxşı yatmasanız və ya yatmaq üçün kifayət qədər vaxtınız olmasa belə, bir neçə sadə üsul enerji səviyyənizi artırmağa kömək edəcək.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yuxudan oyandıqdan dərhal sonra bir stəkan su için. Bu, bədən üçün stressi aradan qaldırmağa kömək edəcəkdir. Gün ərzində su içməyə davam edin, ona portağal və ya limon dilimləri əlavə edə bilərsiniz. Həmçinin səhərlər kofe içmək enrjinizi artıra bilər.
Məşq edin. İdman zalına getmək və tər tökmək lazım deyil. Gün ərzində bir neçə dəqiqə təkrar edərək səhər yüngül məşqlər edin və ya uzanın.
Təmiz havada sürətli gəzinti bütün bədənə fayda verəcək. Təmiz hava beyninizi rahatlaşdıracaq və fikrinizi aydınlaşdıracaq.
Daha çox meyvə və tərəvəz yeyin. Onlar sizi vitamin və minerallarla doyuracaq.