Epidemiya zamanı  xəstələnməməyin sirri   AÇIQLANDI
04 fevral 2024 18:41 (UTC +04:00)

Epidemiya zamanı xəstələnməməyin sirri AÇIQLANDI

Endokrinoloq Zuxra Pavlova epidemiya zamanı xəstəlik ehtimalını azaltmağın sadə yollarından danışıb.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, həkim ilk növbədə maska taxmaqdan çəkindirib. Telegram kanalında o, yalnız artıq xəstə olanların bu qoruyucu vasitələrdən istifadə etməli olduğunu vurğulayıb. Pavlova həmçinin xəstə insanlarla əlaqəni məhdudlaşdırmağa çağırır: "Birlikdə yaşayırsınızsa, bir metrdən də yaxınlaşmamağa çalışın".

Ekspert əllərin yuyulmasının, yaxşı yuxunun, rəngarəng qidalanmanın və fiziki aktivliyin vacibliyini qeyd edib. Pavlova epidemiya zamanı spirt istehlakını məhdudlaşdırmağı tövsiyə edir, çünki spirt immuniteti azaldır. Bundan əlavə, o, mütəmadi olaraq nəm təmizləmə və otaqların havalandırılmasını tövsiyə edir.

Endokrinoloq əlavə edib ki, immuniteti dəstəkləmək üçün müxtəlif əlavələr, o cümlədən Omeqa-3, multivitaminlər, çin limonu və jenşen qəbul edə bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3987
avatar

Oxşar yazılar