Düyünü bişirəndən sonra uzun müddət saxlamayın, yoxsa...
02 noyabr 2023 12:40 (UTC +04:00)

Düyünü bişirəndən sonra uzun müddət saxlamayın, yoxsa...

Bişmiş və otaq temperaturunda qalan düyü “bacillus cereus” adlı təhlükəli bakteriyalar üçün çoxalma yeri ola bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu bakteriyalar kifayət qədər istiliyə davamlı olduqlarına görə, onları öldürmək üçün qaynatmaq və qızdırmaq kifayət etmir.

Düyü bişdikdən sonra onu dərhal süfrəyə vermək və ya dondurucuya qoymaq məsləhətdir. Bişmiş düyü otaq temperaturunda bir saatdan çox qalmamalıdır. “Bacillus cereus” bakteriyası qida zəhərlənməsinə səbəb olur.

Yüksək temperatura, su çatışmazlığına və digər fiziki amillərə davamlı torpaq mikroorqanizmidir. Yoluxduqda yüksək hərarət və ümumi intoksikasiya baş verir. Bəzi hallarda qaraciyər funksiyasına ciddi ziyan vurur və ölümcül nəticələr mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6402
avatar

Arzu Qurbanlı

Oxşar yazılar