Döşlərini böyütdü, biri  PARTLADI
24 yanvar 2023 00:12 (UTC +04:00)

Döşlərini böyütdü, biri PARTLADI

London şəhərinin 48 yaşlı sakini Kelli Yanq döş böyütmə əməliyyatı keçirsə də, implantlarından biri partlayıb.

Lent.az bildirir ki, bu barədə “The Sun” məlumat yayıb.

Yanq 2018-ci ildə döş böyütmə əməliyyatı keçirib. Ancaq bir neçə il sonra implantlardan biri partlayıb və o, Türkiyəyə gedib onu yenisi ilə əvəzləməyə və döşünü düzəltməyə qərar verib. “İllərdir bunu gözləyirəm. Əməliyyat olunmaq istədim, getməyə qərar verdim. İmplantsız qalmaq istəməzdim”,  - qadın deyib.

Qadın evə qayıdanda görüb ki, sağ döşündəki tikişlər ayrılıb. Yanq xəstəxanaya gedib, orada həkim infeksiya olduğunu söyləyib və antibiotik kursu təyin edib.

Ancaq qadının vəziyyəti pisləşib: yara daha da böyüyüb. “Bu, böyük bir çuxur idi. Mən ona baxmaq istəmirdim, heç nə bilmək istəmirdim”, - qadın vurğulayıb.

Əks göstərişlərə baxmayaraq, qadın yaranı tikmək və implantı ilkin yerinə qaytarmaq üçün Türkiyəyə uçmaq qərarına gəlib.

Əməliyyatın ertəsi gün yaradan güclü qan axmağa başlayıb. “Cərrah bunun normal olduğunu və daha bir neçə gün belə olacağını söylədi, ona görə də evə uçdum. Ancaq yara başqa bir sahədə açıldı”, - Yanq deyib.

Cərrahlar infeksiyanın yayılması səbəbindən hər iki implantı çıxarmalı olublar.

Qadın implantların çıxarılmasından sonra özünə inamını itirdiyini iddia edir. “Döşlərimdən çox narazıyam, özümü yenidən 12 yaşlı kimi hiss edirəm. Sevgilimin üzümə baxmasına imkan vermirəm, hamı məni iri sinəli tanıyır”, - qadın şikayətlənib. İndi Yanq başqa cərrah axtarır və buna inanır ki, növbəti əməliyyatdan sonra problemlə üzləşməyəcək.

 

# 2430
avatar

Oxşar yazılar