Mütəxəssislər arıqlamağı sürətləndirən məhsulu açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, gündə 100 qram qovrulmamış günəbaxan toxumunun istehlakı, bir ay ərzində 2-3 kiloqram arıqlamağa kömək edə bilər.
Günəbaxan tumlarında zülal, yağ və vitaminlər var. Bu cür tərkib sayəsində toxumlar iltihabı azaldır, dəridə göbələklərin böyüməsinə maneə törədir. Həzm sistemini sabitləşdirir və dəridəki yaraların eləcə də çatların sağalmasını sürətləndirir.
Həmçinin, cücərmiş formada günəbaxan toxumları ödün fəaliyyətini sürətləndirməyə və mədədə turşuluğu azaltmağa kömək edir.