Çia toxumu həm bədən, həm də dəri sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Çia toxumları ilə özünüzü daha enerjili, güclü və dinamik hiss edə bilərsiniz.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, çia yağı toxumları Omeqa-3 yağ turşuları ilə çox zəngindir. Bədən üçün çoxlu faydaları var. Arıqlamaq istəyənlər üçün idealdır. Çünki doyurucu və iştahanı tarazlaşdıran xüsusiyyətə malikdir. Ürək və həzm sistemini dəstəkləyir, sümükləri və əzələləri gücləndirir. Qan şəkərini tənzimlədiyi üçün diabet siyahılarında istifadə olunur. Bu qida yavaş həzm edildiyi üçün həzm sistemini tarazlaşdırır.
Tərkibindəki sıx lif sayəsində bədənin insulin səviyyəsini tənzimləyir. Sağlam yağlarla bədənə enerji verir. Maddələr mübadiləsini sürətləndirir və qarın yağını azaldır.