Hər kəsin sağlam və uzun yaşamaq arzusudur.
Lent.az xəbər verir ki, amerikalı plastik cərrah Entoni Yun uzunömürlülüyün bir neçə sirrini açıb.
Onun sözlərinə görə, bunun üçün əsasən üç qaydaya əməl edilməlidir. Birincisi, qidalanma ilə bağlıdır. Yun bildirir ki, yemək yeməyə 12 ilə 16 saata qədər fasilə verilməlidir. Bu, hüceyrədaxili yenilənməni stimullaşdırmaq üçün lazımdır.
İkinci qayda, müntəzəm güc məşqləridir. Cərrah hesab edir ki, ən azı üç məşq etmək lazımdır - sinə pressi, deadlift və ayaq pressi. Əgər müntəzəm məşq etsəniz, əsas əzələ qruplarının əksəriyyətini işlədə bilərsiniz.
Nəhayət, üçüncü qayda keyfiyyətli yuxudur. Yataq otağında qaranlıq pərdələrdən istifadə etmək və otaqdakı temperaturu 20 dərəcəyə endirmək vacibdir.