Bu səhər yeməyi insanı  arıqladır
24 iyul 2023 09:47 (UTC +04:00)

Bu səhər yeməyi insanı arıqladır

Dietoloq Mike Mosley arıqlamağa kömək edən səhər yeməyini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, yumurta ən yaxşı səhər yeməyi seçimidir. 

Onun sözlərinə görə, yumurta zülalla zəngindir və demək olar ki, heç bir karbohidrat ehtiva etmir:

“Yumurta qan şəkərinin səviyyəsini yüksəltməməklə yanaşı, uzun müddət toxluq və enerji verir. Yumurtaya həmçinin göbələk və ya ispanaq əlavə etsəniz, orqanizm üçün ikiqat faydalı olacaq.

Bundan əlavə karbohidrat səviyyəsi gündə 50 qramdan aşağı olmalıdır. Zülalın, tərəvəzlərin, meyvələrin miqdarını artırsanız, eyni zamanda karbohidratların miqdarını azaldacaqsınız”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Arzu Qurbanlı

Oxşar yazılar