Dietoloq Mahmut Əbdüləziz bədəndəki piyləri tez əridən qidaları açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, ispanaq, kələm və kahı aşağı kalorili və yüksək lif tərkibi ilə xarakterizə olunur.
Onun sözlərinə görə, bu qidalar antioksidantlarla zəngindir və ümumi sağlamlığa töhfə verir:
“Yüksək lif tərkibi bədəni doyurur, həddindən artıq yemək riskini azaldır və iştahı yatırır, bu da arıqlamağa faydalı təsir göstərir. Bu qidalar həzm zamanı daha çox kalori yandırmağa kömək edir və çəki nəzarətini dəstəkləyir. Bundan əlavə tərkibi tam taxıl olan qidalar vitaminlər, minerallar və liflərlə zəngindir. Bu da enerjinin davamlı şəkildə sərbəst buraxılmasını təmin edir və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir”.