Bu qida  ürək sağlamlığına   zərər verir
11 sentyabr 2023 13:17 (UTC +04:00)

Bu qida ürək sağlamlığına zərər verir

Dietoloq Meri Sabat damarların və ürəyin sağlamlığına zərər verən qidanı açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, optimal ürək sağlamlığı üçün şəkər qəbulunu normada saxlamaq lazımdır.

Onun sözlərinə görə, yediyiniz qidalar ürək-damar sisteminizə əhəmiyyətli dərəcədə təsir edir:

“Şəkər istehlakı ürəyiniz üçün ciddi risk yaradır. Həddindən artıq fruktoza qəbulu bir çox yan təsirlərə səbəb ola bilər. Yüksək fruktoza qəbulu insulin müqavimətinə səbəb ola bilər. Bu da qanda şəkər səviyyəsini və ürək-damar xəstəliklərinin əsas amili olan 2-ci tip diabetin inkişaf riskini artırır.

undan əlavə, ürək sağlamlığı üçün başqa bir problem olan hipertoniya və ya yüksək qan təzyiqi ilə əlaqələndirilir. Ürəyinizi qorumaq üçün şəkərli içkilərdən və işlənmiş qidalardan imtina edin”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2661
avatar

Arzu Qurbanlı

Oxşar yazılar