Bu çərəzlər  sağlamlıq üçün   TƏHLÜKƏLİDİR
17 oktyabr 2023 17:48 (UTC +04:00)

Bu çərəzlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Qoz, fındıq, badam kimi çərəzlər antioksidantlar və digər faydalı qidalarla zəngindir. Lakin bu qidalar həddindən artıq istehlak edilərsə, sağlamlığa mənfi təsir göstərə bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, optimal sağlamlıq və rifah üçün gündə ən az bir ovuz çərəz yemək lazımdır. Həddindən artıq qoz-fındıq ləpəsi yemək həzm problemlərinə səbəb ola bilər. Çünki bu kimi çərəzlərin tərkibindəki lif qəbizlik, şişkinlik, qaz, qarın ağrısı, qusma və ya ishala səbəb olur.

Həddindən artıq çərəz istehlakı ürək bulanma, nəfəs almaqda çətinlik, ağızda, boğazda və ya gözlərdə qaşınma, baş ağrısına səbəb ola bilər.

# 5367
avatar

Arzu Qurbanlı

Oxşar yazılar