Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci ildə bel ağrısından 619 milyon insanın əziyyət çəkdiyini bildrib.
Əksər hallarda ağrının xüsusi səbəbi olmur.
Boyun və bel ağrılarını azaltmaq üçün 5 üsulu təqdim edirik:
Aktiv olun
Hər kəs idmanın əzələləri gücləndirdiyini bilir, lakin məşq həm də fəqərələr arasında yerləşən disklərə vacib qidaların çatdırılmasını asanlaşdırır.
Daimi aerobik məşq bel və boyun ağrısı üçün ən yaxşı tədbirlərdən biri ola bilər. Eyni zamanda, gəzinti, qaçış, velosiped sürmək və üzgüçülük kimi ürəyin qanı pompalamasını təmin edən müxtəlif fəaliyyətlər də belə ağrıları üçün yaxşıdır.
Mütəxəssislər bildirirlər ki, istirahət, yuxu, sağlam qidalanma da mühüm profilaktik tədbirlərdəndir.
Siqareti tərgidin
Alimlər tərəfindən müəyyən edilib ki, siqaret fəqərəarası disklərə qan axınını azaldır.
Buna görə də, bel ağrısı siqaret çəkənlərdə daha çox rast gəlinir.
Stulunuzu dəyişin
Masa arxasında işləyirsinizsə, stulunuzu hündürlüyü tənzimlənənlıə əvəz edin.
Ağırlıq qaldırarkən diqətli olun
Böyük Britaniyada hər il 300.000 insan ağırlıq qaldırmada baş verən qəzalar səbəbindən bel ağrısından əziyyət çəkir.
Təhlükəsiz qaldırmaq üçün çömbəlmək, yükü iki əlinizlə bədəninizə yaxın tutmaq, kürəyinizi düz saxlamaq lazımdır. Bu halda omba və dizlərinizlə dik durun.
Ağrınız varsa yataqda qalmayın
Yataqda nə qədər çox qalsanız, zədəniz bir o qədər pisləşir.
Vəziyyəti daha da pisləşdirən odur ki, bel ağrısı olan insanlar ağrıları daha da pisləşdirə biləcəyindən narahat olduqları üçün aktiv fəaliyyətdən qaçmağa meyllidirlər.