Axşam bu qidadan uzaq durun,  yoxsa...
06 noyabr 2023 17:43 (UTC +04:00)

Axşam bu qidadan uzaq durun, yoxsa...

Endokrinoloq və dietoloq Oksana Mixaleva Diyetoloq axşam yeməyində yeyilməsi qadağan olan qidanı açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, arıqlamaq istəyən insanlar axşam yeməyində kartof istehlak etməməlidir.

Onun sözlərinə görə, qızardılmış kartof çox miqdarda kalori, yağ və sadə karbohidratlar ehtiva edir:

“Kartof asanlıqla həzm olunsa da, axşam istehlak etmək alınan kaloriləri yandırmağa imkan vermir. Bundan əlavə, kartof yağı əridən hormonların fəaliyyətini pozur və bədəndə piylərin əmələ gəlməsinə səbəb olur. Yatmazdan üç saat əvvəl yemək yemək lazımdır. Həmçinin yemək yüngül olmalıdır. Axşamlar xüsusilə yağsız ət və balıq, kəsmik, göyərti və tərəvəzlərin istehlakı məsləhətlidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4221
avatar

Arzu Qurbanlı

Oxşar yazılar