Alzheimer xəstəliyinə qarşı ƏN FAYDALI MƏHSUL
23 avqust 2021 00:30 (UTC +04:00)

Alzheimer xəstəliyinə qarşı ƏN FAYDALI MƏHSUL

İrlandiyalı elm adamları, müntəzəm yoğurt yeməyin Alzheimer xəstəliyinin inkişaf riskini azaltdığını təsbit ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislər laboratoriya siçanları üzərində təcrübələr aparıblar.

Bunun üçün həkimlər mikroorqanizmlər səbəbiylə gəmiricilərin idrak qabiliyyətlərini yaxşılaşdıran yoğurt əsasında probiyotiklər yaradıblar.

Həkimlərin qeyd etdiyi kimi, bu maddələr sayəsində toxunulmazlıq yaranır. Buna görə də deyə bilərik ki, məhsul sayəsində təkcə bağırsaqların deyil, beynin də işi yaxşılaşır.

İrlandiyalı həkimlər, müntəzəm yoğurt istehlakının Alzheimer xəstəliyi inkişaf riskini əhəmiyyətli dərəcədə azaltdığını sübut ediblər.

Əlavə edirik ki, təkcə ABŞ-da 6 milyondan çox insan Alzheimer xəstəliyindən əziyyət çəkir. Həkimlər 30 ildən sonra bu rəqəmin 150 milyon insana çatacağını düşünürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8514
avatar

Oxşar yazılar