Samsung məzmun yaradıcıları üçün xüsusi smartfonu  təqdim etdi
05 avqust 2026 02:52 (UTC +04:00)

Samsung məzmun yaradıcıları üçün xüsusi smartfonu təqdim etdi

0

Samsung məzmun yaradıcılarına yönəlmiş yeni orta seqment smartfonu Galaxy F70 Pro 5G-ni təqdim edib.

Lent.az xəbər verir ki, smartfon 120 Hz yenilənmə tezliyinə malik 6,7 düymlük Super AMOLED ekran, Snapdragon 6 Gen 3 prosessoru, optik sabitləşdirməli 50 MP əsas kamera və 12 MP ön kamera ilə təchiz olunub.

Cihaz 6000 mAh batareya, 45 Vt sürətli enerji doldurma dəstəyi və Android 16 əsaslı One UI 8.5 ilə gəlir.

Samsung model üçün 6 il proqram və təhlükəsizlik yeniləmələri vəd edir.

Galaxy F70 Pro 5G-nin başlanğıc qiyməti isə 272 ABŞ dollarıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar