Azərbaycan gömrükçüləri İrandan Britaniyaya  yük aparan maşından tiryək tapdı - VİDEO
05 avqust 2026 12:21 (UTC +04:00)

Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşından tiryək tapdı - VİDEO

1

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.

Lent.az xəbər verir ki, nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda - 4 kiloqram 500 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 240

Oxşar yazılar