Bredli Kuper və Cici Hadid  gizlicə evlənib?   - Üzüklər şayiələri alovlandırdı
05 avqust 2026 09:52 (UTC +04:00)

Bredli Kuper və Cici Hadid gizlicə evlənib? - Üzüklər şayiələri alovlandırdı

0

Hollivud ulduzu Bredli Kuper və supermodel Cici Hadid Paris küçələrində göründükdən sonra gizli evlilik iddiaları gündəmə gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onlar Fransanın paytaxtında gəzərkən paparassilərin obyektivinə tuş gəlib. 51 yaşlı aktyor və 31 yaşlı modelin əllərindəki eyni dizaynlı üzüklər diqqət çəkib. Üzük barmağındakı bəzək əşyası onların gizli nikah bağladığı barədə iddiaları gücləndirib.

Bredli Kuper və Cici Hadidin münasibəti 2023-cü ildən davam edir. Onlar ortaq dostlarının təşkil etdiyi məclisdə tanış olublar. Hər iki məşhurun əvvəlki münasibətlərindən bir qız övladı var. Cicinin qızı müğənni Zeyn Malikdən, Bredlinin qızı isə model İrina Şeykdəndir.

Onlar şəxsi həyatlarını mediadan uzaq saxlamağa çalışsalar da, bir müddət əvvəl Nyu-Yorkda müğənni Teylor Svift və amerikalı futbolçu Trevis Kelsinin toy mərasimində də birlikdə görüntülənib. Üzüklərlə bağlı yayılan iddiaları isə tərəflər hələlik şərh etməyiblər.

купер1.jpg (31 KB)

купер2.jpg (106 KB)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar