İnsultdan  bir neçə gün əvvəl görünə bilən əlamətlər
05 avqust 2026 11:14 (UTC +04:00)

İnsultdan bir neçə gün əvvəl görünə bilən əlamətlər

0

İnsult əksər hallarda qəfil baş versə də, bəzi insanlarda ondan bir neçə gün əvvəl xəbərdaredici əlamətlər müşahidə oluna bilər. Həkimlər bildirirlər ki, bu simptomları vaxtında tanımaq həyati əhəmiyyət daşıyır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim Erik Berqin sözlərinə görə, ilk xəbərdarlıq əlamətlərindən biri güclü və səbəbsiz baş ağrısıdır. Onun fikrincə, insulta səbəb ola bilən damar tıxanması beyində təzyiqin artmasına gətirib çıxara və bu da şiddətli baş ağrısı ilə özünü göstərə bilər. Digər mümkün əlamət qəfil başlayan ürəkbulanma və ya qusmadır. Bu simptomlar təkbaşına insult demək olmasa da, digər əlamətlərlə birlikdə qiymətləndirilməlidir. Həkim uzun müddət keçməyən hıçqırığın, xüsusilə sinə ağrısı ilə müşayiət olunduqda diqqətdən kənarda qalmamalı olduğunu da bildirib.

Mütəxəssislər əlavə edirlər ki, insultdan əvvəl qəfil görmə pozğunluğu və ya görmənin itməsi, başgicəllənmə, tarazlığın və koordinasiyanın pozulması, nitqi anlamaqda çətinlik, çaşqınlıq, eləcə də bədənin bir tərəfində keyimə və ya zəiflik də yaranar. Bu əlamətlər bəzən insultdan bir neçə gün əvvəl ortaya çıxa, bəzi hallarda isə heç bir xəbərdarlıq olmadan qəfil inkişaf edə bilər. Belə simptomlar hiss edildikdə vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır.

Həkim Erik Berq insult riskini azaltmaq üçün E vitamini (xüsusilə tokotrienol forması), maqneziumla zəngin qidalanma və aşağı karbohidratlı qidalanma rejimini tövsiyə edib. Bununla belə, bu tövsiyələrin hamısı elmi cəhətdən eyni səviyyədə təsdiqlənməyib və fərdi müalicə və profilaktika planı üçün həkimlə məsləhətləşmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar