Sevgilisi ilə evlənmək üçün 20 illik ərini  vəhşicəsinə öldürdü
05 avqust 2026 10:59 (UTC +04:00)

Sevgilisi ilə evlənmək üçün 20 illik ərini vəhşicəsinə öldürdü

0

Hindistanın Uttar-Pradeş ştatında 37 yaşlı Mamta adlı qadın sevgilisi ilə evlənmək üçün ərini öldürüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Mamta və 42 yaşlı əri Umaşankar təxminən 20 il evli olublar. Cütlük 18 yaşlı oğul və 12 yaşlı qız övladı böyüdüb. 2024-cü ildə ailə Qucarat ştatına köçdükdən sonra qadın qonşusu ilə eşq münasibəti yaşamağa başlayıb. Münasibət o qədər ciddiləşib ki, Mamta sevgilisi ilə evlənmək istədiyini açıq şəkildə dilə gətirib və bu səbəbdən ailədə tez-tez mübahisələr yaranıb.

2026-cı ilin əvvəlində ailə yenidən Uttar-Pradeşə qayıtsa da, qadın sevgilisi ilə əlaqəsini davam etdirib və ərindən qurtulmağa qərar verib.

İyulun 31-i axşam saatlarında uşaqlar damda yatan valideynlərinin səs-küyünə oyanıblar. Onlar dama qalxanda atalarını huşsuz vəziyyətdə görüblər. Qadın ərini paltarla möhkəm boğaraq, öldürüb.

Umaşankar xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Mamta evdən qaçıb. Lakin polis onu qısa müddət sonra evin yaxınlığında saxlayıb. Dindirmə zamanı qadın sevgilisi ilə birlikdə Qucarat ştatına qaçaraq yeni həyat qurmaq istədiyi üçün ərini öldürdüyünü etiraf edib.

Polis cinayətin bütün təfərrüatlarını araşdırır. Məlumata görə, ilkin məlumata əsasən, qadın cinayəti təkbaşına törədib və əsas motiv sevgilisi ilə yeni həyata başlamaq istəyi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar