Qusarda kişi evinin həyətində ölü tapılıb.
Lent.az xəbər verir ki, hadisə Piral kəndində qeydə alınıb.
Kənd sakini 52 yaşlı Gülmətov Cavanşir David oğlunun meyiti yaşadığı evin həyət sahəsindəki köməkçi tikilidə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Araşdırma aparılır.