Zaqatalada DAVA:   daşla başından vurdu, polis saxladı
04 avqust 2026 21:46 (UTC +04:00)

Zaqatalada DAVA: daşla başından vurdu, polis saxladı

1

Zaqatalada 31 yaşlı kişiyə daşla xəsarət yetirən şəxs saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, rayonun Aşağı Tala kənd sakini 42 yaşlı Elgün Qardaşov və Yuxarı Tala kənd sakini 31 yaşlı Əhməd Əhmədov arasında şəxsi münasibətlər zəminində dava baş verib.

Dava zamanı E. Qardaşov Ə. Əhmədovun baş nahiyəsinin arxa hissəsindən daşla xəsarət yetirib.

Ə. Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirlib.

Polis əməkdaşlarının keçirdiyi tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan E. Qardaşov saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3414

Oxşar yazılar