“Apple” “Telegram”ı “App Store”dan sildi
05 avqust 2026 01:17 (UTC +04:00)

“Apple” “Telegram”ı “App Store”dan sildi

0

“Apple”, qadağan olunmuş məzmunla bağlı qayda pozuntusu aşkar etdikdən sonra “Telegram” tətbiqini qlobal miqyasda qısa müddətə “App Store”dan silib.

Lent.az xəbər verir ki, şirkətin bildirdiyinə görə, tətbiqdə uşaq cinsi istismarı materialı paylaşan istifadəçi müəyyən edilib.

“Telegram” həmin məzmunu dərhal silib və hesabı blokladıqdan sonra tətbiq yenidən “App Store”a qaytarılıb.

Mövcud istifadəçilər bu müddətdə tətbiqdən istifadə etməyə davam edə biliblər, məhdudiyyət yalnız yeni yükləmələrə və yenidən quraşdırmalara təsir edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar