Bakıda qəbiristanlıqda İNSİDENT:  mollanı söydü, həbs olundu
05 avqust 2026 12:00 (UTC +04:00)

Bakıda qəbiristanlıqda İNSİDENT: mollanı söydü, həbs olundu

0

Bakıda qəbiristanlıqda insident törədən kişi həbs edilib.

Lent.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonu, Müşfiqabad qəbiristanlığında qeydə alınıb.

56 yaşlı Abbas Xəlilov (şərti adla) sərxoş halda işlədiyi qəbiristanlığa gəlib. Burada naməlum səbəbdən mollanı və ətrafda olan insanları söyüb. Ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirib hərəkətini dayandırmağı tələb etsələr də, Abbas qanuni tələbə məhəl qoymayaraq, əməlinə davam edib.

Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar