Cəlilabadda elektrik xətti qırıldı,  kəndli 4 min ziyana düşdü
05 avqust 2026 11:37 (UTC +04:00)

Cəlilabadda elektrik xətti qırıldı, kəndli 4 min ziyana düşdü

0

Cəlilabadda cins heyvanı cərəyan vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Privolnoye kəndində qeydə alınıb.

Kənd sakini Bariz Məhərrəmov heyvanları örüş sahəsinə aparırmış. Bu zaman cins heyvan küçədə qırılaraq yerə düşən elektrik naqilinə toxunub və nəticədə tələf olub.

Təsərrüfat sahibinin sözlərinə görə, tələf olan heyvanın dəyəri 4 min manata yaxın olub. Bildirilib ki, sözügedən elektrik xəttində çoxsaylı qüsurlar mövcuddur və həmin ərazidə elektrik naqillərinin qırılaraq yerə düşməsi halları mütəmadi olaraq baş verir.

Kənd sakinləri deyir ki, köhnə elektrik xətləri təkcə heyvanlar üçün deyil, insanlar üçün də ciddi təhlükə yaradır. Onlar köhnəlmiş elektrik xətlərinin və dirəklərinin yeniləri ilə əvəz olunmasını istəyirlər.

Sakinlər onu da deyir ki, problem aradan qaldırılmadığı təqdirdə, gələcəkdə daha da ciddi və arzuolunmaz fəsadların baş verməsi qaçılmaz olacaq.

 

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar