Tarixin ən bahalı “iPhone” modelləri  gəlir
05 avqust 2026 04:00 (UTC +04:00)

Tarixin ən bahalı “iPhone” modelləri gəlir

0

“Apple”ın bu payız təqdim etməsi gözlənilən “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin qiymətinin əvvəlki nəsillə müqayisədə 300 dollara qədər bahalaşa biləcəyi iddia olunur.

Lent.az xəbər verir ki, analitiklərin fikrincə, buna əsas səbəb 2 nanometrlik yeni A20 Pro çipinin istehsal xərclərinin və yaddaş komponentlərinin qiymətinin artmasıdır.

Mütəxəssislər bildirirlər ki, süni intellekt sistemlərinə yüksək tələbat səbəbindən yaranan qlobal komponent qıtlığı “Apple”ın istehsal xərclərini artırıb.

Şirkət hələlik qiymətlərlə bağlı rəsmi açıqlama verməsə də, proqnozlar təsdiqlənərsə, “iPhone 18 Pro” seriyası “Apple” tarixinin ən bahalı “iPhone” modelləri olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar