Bakıda yarım milyonluq  qızılı ələ keçirən özbək qadına  HÖKM OXUNDU
04 avqust 2026 16:24 (UTC +04:00)

Bakıda yarım milyonluq qızılı ələ keçirən özbək qadına HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qızıl satışı adı ilə Azərbaycan vətəndaşlarına qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovaya hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Guzal Mamatovanın 6 il, 6 ay azadlıqdan məhrum edilməsini elan edib.

Dövlət ittihamçısı təqsirləndirilən Guzal Mamatovanın 7  il, 11 ay, 28 gün azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, Guzal Mamatova əvvəllər "Moskva" univermağında qızıl satışı ilə məşğul olub və ticarətçilər arasında tanınıb. Həmin yerdə qazandığı etibardan istifadə edərək tanıdığı şəxslərin ona verdikləri qızılları Özbəkistanda satıb. Bu yolla yarım milyon manatadək dəyərində qızıl-zinət əşyalarını müştərilərdən alaraq pulunu mənimsəməkdə təqsirləndirilir.

Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 504

Oxşar yazılar