İstanbulda yaşayan Müzəffər Kayasan 14 aydır karantindədir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulun Sarıyer ərazisində yaşayan Müzəffər Kayasan 2020-ci ilin noyabr ayında koronavirusa yoluxub. O vaxtdan bəri 14 ay ərzində 78 koronavirus testinin cavabı pozitiv çıxıb.
_1643979527.webp)
Xəstəxanada müalicə alan Kayasan evə buraxılsa da, analizi müsbət olub.
Həkimlərə müraciət edən 56 yaşlı kişi leykoz xəstəsi olduğu və immunitetinin zəifliyi səbəbindən hələ də sağalmadığını öyrənib.
