Tatarıstanın Nijnekamsk rayonunda təcili yardım həkimləri ürəyi 10 dəfə dayanmış şəxsi xilas ediblər.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 54 yaşlı Nijnekamsk sakini özünü pis hiss edərək, dərman içib. Lakin kişinin şiddətli sinə ağrısı daha da artıb. Bunu görən arvadı təcili yardım çağırıb. Müayinədən və bütün lazımi köməkliklərdən sonra tibb işçiləri kişini təcili olaraq təcili yardım şöbəsinə çatdırmaq qərarına gəliblər. Amma onun vəziyyəti kəskin pisləşib, adam huşunu itirib və ürəyi dayanıb.
Ambulansda 3 saat ərzində həkimlər kişinin ürək ritmini 10 dəfə bərpa edib və onu xəstəxanaya çatdırmağa nail olublar. Xəstə ürək cərrahları tərəfindən əməliyyat olunub. İndi onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur.