10 may 2021 22:24 (UTC +04:00)

Qidalanma zamanı arıqlamanıza mane olacaq 5 SƏHV

Qidalanma zamanı səhvlər hamıda ola bilər. Amma bu səhvlər nəticə almağa mane olursa, bunları araşdırmaq məsləhətdir.

Lent.az xəbər verir ki, həkim Lamiyə Nəbibəyli qidalanma zamanı arıqlamaya mane olacaq əsas 5 səhv haqqında danışıb.

Həmin 5 səhvi təqdim edirik:

1-ci səhv: Qida qəbulunu dayandırmaq

Arıqlamaq istəyən insanlar elə hesab edirlər ki, nə qədər qida qəbulunun sayı az olarsa, daha tez arıqlayarlar. Lakin bu, belə deyil, hər qida qəbulunu buraxmaq orqanizm üçün bir stressdir. Adətən səhər yeməyini buraxırlar. Lakin səhər yeməyi qidalanmanın birinci və ən vacib elementidir. Səhər yeməyi hesabına qanda düşmüş şəkər normallaşır, orqanizm enerji alır, maddələr mübadiləsi normallaşır, gün ərzində ritmə start verilir. Ona görə də səhər yeməyinə diqqət etmək lazımdır.

2-ci səh: Boşqabınızda qida qurtarana qədər yemək

Bizi uşaqlıqdan elə öyrədirlər ki, mütləq boşqabdakı yemək bitməlidir. ”Yeyib qurtarmasan, masadan durma” ifadəsi yəqin ki, bir çoxlarına tanışdır. Amma artıq siz böyümüsünüz. Qida porsiyasını özünüz kontrol edə bilərsiniz. Doymusunuzsa, boşqabı kənara çəkə bilərsiniz. Orqanizminizə “qulaq asmağı“ vərdiş edin.

3-cü səhv: Bu sizin arıqlama üsulunuz deyil

Hansısa qidalanma metodu seçirsinizsə, onu yaxşı araşdırın. Çəki vermək üçün müxtəlif üsullar mövcuddur. Misal üçün, intervallı qidalanma, “6-dan sonra yemək olmaz” qaydası, monopəhrizlər( yəni eyni qidadan bir neçə gün və hətta həftə qəbul etmək) və.s. Yəni , sizin orqanizminə uyğun üsulu seçə bilərsiniz.

Amma unutmayın ki,

1. Ekspress-dietlərdən(“ tez arıqlamaq “ pəhrizləri) uzaq durun.Orqanizm qısa müddət içində çoxlu kiloqram itirə bilməz.Bu pəhrizlərin fəsadı olur.( indi də olmasa , sonra);

2. Aclıq-sizi arıq etməyəcək.Orqanizm qida maddələrinin çatmamazlığını gördükdə, “ekonom rejim aktivləşir”. Nəticədə orqanizm yenidən bu çatışmamazlıq yaşamamaq üçün qəbul etdiyiniz qidanın çox hissəsini piyə çevirir.

3. Monopəhrizlərdə digər qidalarla sağollaşmaq məcburiyyətində deyilsiz.Bir qida ilə qidalanmaq orqanizm üçün asan deyil.

4-cü səhv: Həddən artıq çox maye qəbulu

Bəzən deyirlər ki, nə qədər çox maye qəbul edirsinizsə, bir o qədər yaxşıdır. Lakin bu belə deyil. Hər kiloqram çəkiyə təqribi 30 ml maye hesablamaq lazımdır. Yəni 80 kiloqram olan insan 2,4 litr maye istifadəsi kifayətdir.

5-ci səhv: Yağlardan imtina

Arıqlama marafonunda yağlardan (o cümlədən xeyirli yağlardan da) imtina edirlər. Bu da immunitetin zəifləməsində, hormonal pozğunluğuna, saçların tökülməsinə səbəb olur. Bəli, zərərli yağlardan( marqarin, fast-fud, çipslər və s.) imtina etmək lazımdır. Amma balıq, avokado, zeytun yağını istifadə etməklə sizin bədən ölçüləriniz pozulmaz.

# 2631
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar