Görkəmli rəssam Tahir Salahov
21 may 2021 19:37 (UTC +04:00)

Görkəmli rəssam Tahir Salahov

Mehriban Əliyeva Tahir Salahovun vəfatı ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Lent.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"Tahir Salahov təmizürəkli, səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir istedadının çoxsaylı pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır”.

# 2028
avatar

Oxşar yazılar