Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
27 oktyabr 2021 14:22 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Füzulidən birbaşa İstanbula – Ərdoğandan ANONS

"İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq".

Lent.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.Türkiyə dövlət başçısı ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdiyini xatırladıb.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm dəmir yol xətlərinin, həm də avtomobil yollarının çəkildiyini vurğulayıb: “İnşallah, Azərbaycanla həmrəyliyimiz bu şəkildə davam edəcək və çox qısa zamanda Azərbaycan barmaqla göstərilən ölkələr arasında öz yerini tutacaq”.

Türkiyə Prezidenti Azərbaycana minatəmizləmə avadanlıqlarının göndərildiyini diqqətə çatdırıb. Ərdoğan qeyd edib ki, minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı sürətlə inkişaf etdiriləcək.

# 8586
avatar

Oxşar yazılar