İlham Əliyev, Azərbaycan Prezidenti
21 may 2021 13:25 (UTC +04:00)

İlham Əliyev, Azərbaycan Prezidenti

"Ermənistan hökumətinin ən böyük problemi ondan ibarətdir ki..." - İlham Əliyev

"Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Bir çox hallarda bu keçmişlə oyun oynayır, siyasi məqsədlər üçün istifadə edir, siyasi divident qazanmaq üçün özlərini təcavüz qurbanı kimi göstərməyə çalışırlar. Əslində, onlar əksər hallarda sıfırdan yaratdıqları tarixdən sui-istifadə edirlər".

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirib.

“Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük. Bəli, biz işğala məruz qalmışıq. Bir milyon insan evsiz qalıb. İqtisadiyyatımız tamamilə dağılıb. Amma gələcək, doğma torpaqlarımıza, Qarabağ torpağına qayıdacağımız haqqında düşünürdük. Bunun üçün hər şey etdik. Müharibədə məhz bu cür qalib gəldik. Əsas amil bu idi. İndi onlar gələcək haqqında düşünməlidirlər. Keçmiş haqqında fikirləşməli, bu məsələlərdən sui-istifadə etməli deyillər. Lakin hesab edirəm ki, gələcək toplantılarımızın birində, ola bilsin növbəti Forumun mövzularından biri postmünaqişə vəziyyəti ola bilər. Çünki bu, çox çətindir. Biz bu vəziyyətdə olmamışıq. Bu, yeni vəziyyətdir. Bu, Ermənistan üçün yenidir. Bu, dünya üçün yenidir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı deyib ki, yeni tarixdə baş verənlərə oxşar halı tapmaq çox çətindir: “Uzun illərdən sonra 44 gün ərzində ərazi bütövlüyünü bərpa etmək, Şuşa qalasında bayrağı ucaltmaq, elə bir şəhərdə ki, onu götürməyi, əlbəyaxa döyüşlə şəhəri götürməyi təsəvvür etmək belə çətin idi. Bir sözlə, yekun olaraq, Ermənistan nümayəndələrinin də bəzi tədbirlərdə necə iştirak edəcəyi və öz mövqeyini müdafiə etmək üçün fikir söyləyəcəyi barədə düşünməliyik və mən bu düşüncələri dəyərləndirərdim. Hesab edirəm ki, bu, çox faydalı olardı”.

# 1359
avatar

Oxşar yazılar

İrandakı səfirliyimizə qarşı terror aktının qarşısını alanlar təltif edildi

İrandakı səfirliyimizə qarşı terror aktının qarşısını alanlar təltif edildi

3 fevral 2023 , 15:30
İlham Əliyev : Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir

İlham Əliyev: Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir

3 fevral 2023 , 10:41
Prezident İlham Əliyev

İlham Əliyev gəncləri təbrik etdi

2 fevral 2023 , 15:37
Gənclərə Prezident mükafatları verildi -  SİYAHI

Gənclərə Prezident mükafatları verildi - SİYAHI

1 fevral 2023 , 17:48
Naxçıvanın prokuroru işdən çıxarıldı

Naxçıvanın prokuroru işdən çıxarıldı

31 yanvar 2023 , 17:36
Azərbaycan Prezidenti Macarıstana gedib

Azərbaycan Prezidenti Macarıstana gedib

29 yanvar 2023 , 16:25
Prezidentdən Əli Əhmədovla bağlı  SƏRƏNCAM

Prezidentdən Əli Əhmədovla bağlı SƏRƏNCAM

26 yanvar 2023 , 13:55
Prezidentdən  ŞAD XƏBƏR:   Tezliklə Bakıda  azad ticarət zonası   açılacaq

Prezidentdən ŞAD XƏBƏR: Tezliklə Bakıda azad ticarət zonası açılacaq

19 yanvar 2023 , 19:39