Azərbaycanda hərbçilərin maaşları artırıldı
07 noyabr 2023 11:40 (UTC +04:00)

Azərbaycanda hərbçilərin maaşları artırıldı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. 

# 11046
avatar

Oxşar yazılar