Bu gün Beynəlxalq Mətbuat Mərkəzində bəstəkar Sevinc Tofiqqızının “Bir mələyin ürək səsi” albomunun təqdimatı olub. Lent. az-ın məlumatına görə, albomda Zərifə Əliyevaya və Atatürkə həsr olunmuş kompozisiyalar da yer alıb.
Tədbirdə iştirak edən Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmed Arslan çıxış edərək bəstəkarı təbrik edib: “ Sevinc xanımı bir ildən çoxdur tanıyıram. Gözəl bəstəkardır. Eyni zamanda o, oğluma musiqi dərsi keçir, müəllimidir. Onu yeni albomuna görə təbrik edirəm. Bəstəkarın kompozisiyalarını çox dəyərləndirirəm ”.
Qeyd edək ki, albom təqdimatında Flora Kərimov, Mila və Vüqar Muradov da olub. Onlar da çıxış edərək bəstəkarı təbrik ediblər.