Bu gün maestronun doğum günüdür
20 avqust 2015 11:54 (UTC +04:00)

Bu gün maestronun doğum günüdür

Bu gün məşhur azərbaycanlı bəstəkar və dirijor maestro Niyazinin doğum günüdür.

 

Lent.az-ın məlumatına görə, Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912-ci il, avqustun 20-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə də musiqiyə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alıb, daha sonra Moskva Və Leninqradda (indiki Sankt -Peterburq) təhsilini davam etdirib. “Xosrov və Şirin” operasının, “Çitra” baletinin, “Zaqatala süitası”, “Qaytağı”, “Konsert valsı” simfonik əsərlərinin, “Rast" simfonik muğamının, “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletinin və sairə musiqi əsərlərinin müəllifidir.

 

Niyazi Z. Hacıbəylinin “Aşıq Qərib”, Ü. Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını (“Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota salıb.

 

Maestronun “Konsert valsı” və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, “Təbrizim”, “Dağlar qızı”, “Vətən haqqında mahnı”, “Arzu” mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin “Dağılan tifaq”, C. Cabbarlının “Almas”, S. Vurğunun “Vaqif", A. Korneyçukun “Polad qartal” dram tamaşalarına, həmçinin “Almas”, “Kəndlilər”, “Fətəli xan” və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

 

Niyazi 1967-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı olub, 1974-cü ildə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb. Həmçinin, Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olub.

 

1979-cu ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunub, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Fəaliyyəti dövründə Niyazi 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri, Bolqarıstanın Kirill və Mefodi ordeni, Macarıstanın B. Bartok adına medalı ilə təltif edilib, 1982-ci ildə Tbilisinin fəxri vətəndaşı seçilib.

Maestro 1984-cü il, avqustun 2-də Bakıda vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar

Ən yaxşı 7 macəra  filmi -VİDEO

Ən yaxşı 7 macəra filmi -VİDEO

29 aprel 2025 , 17:28
"Avatar"ın məşhur obrazı real həyatda  necə görünür?

"Avatar"ın məşhur obrazı real həyatda necə görünür?

29 aprel 2025 , 15:22
Məşhur yazıçı  öldürüldü

Məşhur yazıçı öldürüldü

28 aprel 2025 , 22:08
2025-in ən yaxşı  5 komediya   serialı -VİDEO

2025-in ən yaxşı 5 komediya serialı -VİDEO

28 aprel 2025 , 17:56
Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

28 aprel 2025 , 15:08
2025-ci ilin ən vacib  filmlərindən biri - "Müqəddəs əncirin toxumu" -  VİDEO

2025-ci ilin ən vacib filmlərindən biri - "Müqəddəs əncirin toxumu" - VİDEO

28 aprel 2025 , 13:30
Aktyor Möylə Mirzəliyev vəfat etdi

Aktyor Möylə Mirzəliyev vəfat etdi

28 aprel 2025 , 12:41
Əhvalınızı düzəldəcək 5 film

Əhvalınızı düzəldəcək 5 film

28 aprel 2025 , 12:06