Keçmiş prezident 14 il azadlıqdan məhrum   edildi
26 noyabr 2025 23:20 (UTC +04:00)

Keçmiş prezident 14 il azadlıqdan məhrum edildi

0

Peru məhkəməsi sabiq prezident Martin Viskarranı korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.

Viskarra bir maddə üzrə səkkiz, digər maddə üzrə isə altı il həbs cəzası alıb.

"Bütün cinayətlərə görə ümumi cəza 14 ildir. Cəza real olmalı və dərhal icra edilməlidir", - hakim bildirib.

Viskarra günahını inkar edərək hökmünü ədalət qarşısında rüsvayçılıq adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar