Dövlət ittihamçısı bank kartlarından pul oğurlayanlara  iş iştədi
26 noyabr 2025 18:26 (UTC +04:00)

Dövlət ittihamçısı bank kartlarından pul oğurlayanlara iş iştədi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki,  dövlət ittihamçısı Cavanşir Rüstəmzadənin 10 il, Mehman Əsədovun  10 il, Qulami Novruzun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Növbəti məhkəmə prosesi dekabrın 3-ü saat 14:00-a təyin edilib.

Xatırladaq ki,Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.

İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə ittiham olunublar.

Fərqanə Novruzova
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar