Bələdiyyələrin şişirdilmiş PUL TƏLƏBİ:  Mənzil sahibləri nə etməlidir?
27 noyabr 2025 11:38 (UTC +04:00)

Bələdiyyələrin şişirdilmiş PUL TƏLƏBİ: Mənzil sahibləri nə etməlidir?

0

Bəzi yaşayış binalarında kommendant (kommunal) pulu ilə yanaşı, hər ay sakinlərdən bələdiyyə pulu adlı ödəniş alınır. Vermədikdə isə üzərinə faiz əlavə olunur.

Bəs görəsən, mənzil sahiblərindən bu qədər ödənişin alınması qanunidirmi?

Hüquqşünas Ramil Süleymanov Lent.az-a açıqlamasında bildirib ki, vətəndaş bələdiyyənin ondan tələb etdiyi məbləği ödəməkdən narazıdırsa, bununla bağlı məhkəməyə müraciət edə bilər:

“Mənzil-tikinti kooperativləri (MTK) binaların idarə olunması ilə bağlı xidmətlərin göstərilməsinə dair sakinlərlə xidmət müqavilələri bağlayırlar. Həmin müqavilələr əsasında da, vətəndaşlardan pul alırlar. Buraya təkcə binaların təmizliyi deyil, eyni zamanda texniki xidmətlərin göstərilməsi, liftlərin təmiri və s. aiddir. Bələdiyyələr tərəfindən mənzillərə ödənişlərin verilməsi ilə bağlı bildirişlərin göndərilməsi məhz bələdiyyə torpaqlarında tikilmiş binalara aiddir. Qeyd edim ki, bu məqamda da, yalnız torpağa görə icarə haqqının ödənilməsi nəzərdə tutulub. Lakin hesab edirəm ki, bu məbləğlər hədsiz yüksək tariflə hesablanıb və bələdiyyələrin bu tarifləri necə müəyyən etdiyi məlum deyil. Bu cür problemin yaranmaması üçün zamanında bələdiyyə torpağında mənzil tikən MTK-larla bələdiyyə arasında torpağa dair sənədlər olmalı idi. Lakin hər bir halda vətəndaş bələdiyyə ödənişindən narazılığını məhkəməyə müraciət edərək, bildirə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 916

Oxşar yazılar