Polis qayınatasını və özünü GÜLLƏLƏDİ
26 noyabr 2025 16:53 (UTC +04:00)

Polis qayınatasını və özünü GÜLLƏLƏDİ

0

Türkiyədə polis əməkdaşı qayınatasını öldürərək, intihara cəhd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri rayonunun Məlikqazi qəsəbəsində baş verib.

Məlumata görə, bağ evində polis əməkdaşı olan S.U. ilə qayınatası M.M. arasında miras üstündə mübahisə düşüb. Mübahisə zamanı o, qayınatasını üzərindəki odlu silahla güllələyib. Nəticədə kişi hadisə yerində ölüb. Daha sonra isə həmin silahla öz başına da atəş açaraq, intihara cəhd edib.

Xəsarət alan S.U. xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 52

Oxşar yazılar