Model və futbolçu Kriştiano Ronaldonun nişanlısı olan 31 yaşlı Corcina Rodriqes bir neçə gün əvvəl gəldiyi Qətərin paytaxtı Dohadakı sahildən “Instagram” hesabında bir sıra fotolar paylaşıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qadın bədən quruluşunu gözəl şəkildə vurğulayan, formaya uyğun zümrüd rəngli don geyinib. O, görünüşünü stiletto sandaletləri, Celine günəş eynəyi, böyük sırğalar və əlbəttə ki, şokolad rəngli Hermès Kelly piton çantası ilə tamamlayıb.
![]()
Qeyd etmək lazımdır ki, bu ilin avqust ayında, doqquz illik görüşdən sonra Kriştiano Ronaldo Corcinaya üzərində nəhəng brilyant olan üzüklə evlilik təklifi edib.
![]()
Onlar 2016-cı ildə Madriddə Corcinanın işlədiyi Gucci butikində tanış olublar. Hazırda onlar birlikdə beş uşaq böyüdürlər. Corcina onlardan ikisinin - qızları Alana Martina və Bella Esmeraldanın bioloji anasıdır. İdmançının əkizləri Eva və Mateo surroqat ana vasitəsilə dünyaya gəliblər və böyük oğlu 15 yaşlı Kriştianonun anası məlum deyil.
![]()
![]()